Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində yerləşən və istismara yararsız hala düşmüş təxliyyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən təmir olunub. Aparılan bərpa işləri çərçivəsində sözügedən infrastrukturun 18 metrlik hissəsi yenidən qurulub.

Postxronika.az xəbər verir ki, qəzalı vəziyyətdə olan bu xətt İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayıb. Buna baxmayaraq, problem həll edildikdən sonra əraziyə toplanan yağış sularının nasos vasitəsilə həmin şəbəkə ilə kənarlaşdırılması təmin ediləcək.