"Super Mario Galaxy" cizgi filmi Pasxa bayramı həftəsində qlobal miqyasda 370,7 milyon dollar gəlir əldə edərək böyük uğura imza atıb. Bu, 2025-ci ilin sonunda yayımlanan "Avatar: Fire and Ash" filmindən bəri qeydə alınan ən yüksək debüt göstəricisidir. Ekran əsəri həm də 2026-cı ilin indiyədək olan ən uğurlu Hollivud layihəsi kimi tarixə düşüb.


Postxronika.az xəbər verir ki, "Universal" studiyasının təqdim etdiyi animasiya ABŞ-də ilk beş gün ərzində 188,6 milyon dollar toplayaraq video oyun adaptasiyaları arasında yeni uğura imza atıb. "Illumination" və "Nintendo" əməkdaşlığı ilə hazırlanan film beynəlxalq bazarlarda da 182 milyon dollar qazancla liderliyini qoruyur. Tənqidçilərin rəylərinə baxmayaraq, izləyicilərin rəğbətini qazanan süjetdə Mario və dostları bu dəfə geniş kosmik macəralara atılırlar. Ekran işində Rozalina və Yoşi kimi personajların yer alması tamaşaçıların xüsusi marağına səbəb olub.


Paralel olaraq, Rayan Qoslinqin baş rolda çəkildiyi "Project Hail Mary" fantastik dramı nümayişinin üçüncü həftəsində 219 milyon dollarlıq prokat həddini keçərək ''Amazon MGM'' üçün mühüm qələbə qazandırıb. Mario haqqında olan yeni layihə hazırda "Moana 2" kimi nəhənglərlə bir sırada ən çox gəlir gətirən cizgi filmləri siyahısında yer alır. Beləliklə, sözügedən animasiya qlobal kino bazarında öz mövqeyini daha da möhkəmləndirib.