Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" (ADY) gücləndirilmiş iş rejiminə keçib. 

Postxronika.az xəbər verir ki, qurum yağışlı və küləkli hava səbəbindən yarana biləcək çətinliklərin qarşısını almaq üçün bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edir. Hazırda qatarlar qrafik üzrə hərəkət etsə də, təhlükəsizlik məqsədilə bəzi istiqamətlərdə sürət həddi endirilib. Bu səbəbdən hərəkət cədvəlində qismən kənaraçıxma hallarının yaşanması mümkündür. Görünmə məsafəsinin məhdudlaşdığını nəzərə alan ADY sərnişinləri platformalarda daha diqqətli olmağa çağırıb. Dəmir yolu rəhbərliyi yarana biləcək hər hansı texniki nasazlığın dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir.