Səbail rayonu ərazisində aramsız yağan yağışlar nəticəsində Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi qeydə alınıb. 

Postxronika.az xəbər verir ki, AAYDA, FHN və DİN-in birgə məlumatına əsasən, hərəkət iştirakçılarının təhlükəsizliyi üçün sözügedən magistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Sürücülərə alternativ marşrut kimi "20-ci sahə" ərazisindən keçməklə köhnə Salyan şossesindən istifadə etmək tövsiyə olunur. Hazırda ərazi müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarətə götürülüb və vəziyyətin stabilləşdirilməsi üçün tədbirlər görülür. Yolun təhlükəsiz istismarının bərpası məqsədilə mütəxəssislər tərəfindən monitorinqlər davam etdirilir. Vətəndaşlardan qeyd olunan istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və yol polisinini göstərişlərinə əməl etmələri xahiş olunur.