Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Sağlam məktəbli" layihəsi çərçivəsində paytaxtın daha iki təhsil müəssisəsində maarifləndirmə tədbirləri keçirib. 

Postxronika.az xəbər verir ki, növbəti görüş Bakıdakı 189-190 nömrəli tam orta məktəbdə təşkil olunub. Tədbirdə iştirak edən 100-ə yaxın şagirdə qida təhlükəsizliyi vərdişləri və sağlam qidalanmanın əhəmiyyəti barədə geniş məlumat verilib. Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən meyvə-tərəvəzlərin uşaq orqanizmi üçün faydaları mövzusunda xüsusi təqdimatlar nümayiş etdirilib. Layihənin əsas qayəsi gənc nəsildə düzgün qida seçimi mədəniyyətini formalaşdırmaqdan ibarətdir. İnteraktiv formatda keçən görüşdə məktəbliləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.