Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Luqansk Xalq Respublikasındakı (LXR) mədəndə köməksiz vəziyyətdə qalan 41 işçinin hamısı təhlükəsiz şəkildə yerin səthinə çıxarılıb. Bu barədə "Rodina" sənaye qrupu özünün Telegram kanalında məlumat yayıb. Açıqlamada xilasetmə əməliyyatının heç bir çətinlik yaşanmadan uğurla başa çatdığı vurğulanıb.
Postxronika.az xəbər verir ki, insident bazar ertəsi səhər saatlarında qeydə alınıb. Belə ki, Ukrayna ordusunun "Beloreçenskaya" şaxtasına endirdiyi zərbə nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Məhz cərəyanın kəsilməsi səbəbindən qırx bir fəhlə müvəqqəti olaraq yeraltında qapalı qalmışdı.