2026-cı ilin birinci rübündə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında səpkili yüklərin (karbamid, kükürd) aşırılmasında kəskin artım qeydə alınıb.

Postxronika.az "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin rəsmi məlumatına istinadən xəbər verir ki, ilin ilk üç ayı ərzində limanda 423 124 ton səpkili yük aşırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 46 faiz çoxdur.

​Xüsusilə mart ayı liman üçün rekordlarla yadda qalıb. Belə ki, təkcə mart ayında 162 min ton səpkili yük aşırılıb ki, bu göstərici ötən ilin mart ayı ilə müqayisədə 94 faiz artım deməkdir. Bu nəticə liman tarixində səpkili yüklər üzrə aylıq rekord kimi qeydə alınıb.

​Bundan başqa, mart ayında Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşması baş tutub. Bu rəqəm də öz növbəsində limanın əməliyyat gücü baxımından yeni rekord göstərici hesab olunur.