Rusiya, ABŞ və Hindistan öz milli orbital stansiyalarının inkişafı istiqamətində birgə fəaliyyət göstərmək niyyətindədir.

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, "Roskosmos"un rəhbəri Dmitri Bakanov stansiyaların eyni meyilli orbitlərdə yerləşdirilməsinin geniş imkanlar açacağını bildirib. Layihə çərçivəsində kosmik aparatların bir-birinə yaxınlaşması, toxunması və qarşılıqlı uçuşların həyata keçirilməsi planlaşdırılır. Bu ortaq infrastruktur gələcəkdə müxtəlif ölkələrin stansiyaları arasında birbaşa interaktiv əlaqə qurmağa şərait yaradacaq. Qeyd edək ki, Rusiya artıq öz yeni orbital stansiyası üçün Beynəlxalq Kosmik Stansiya ilə eyni koordinatları təsdiqləyib. Bu addım dərin kosmosun tədqiqi və beynəlxalq elmi tərəfdaşlığın möhkəmləndirilməsi üçün strateji platforma rolunu oynayacaq.