Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinin iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum edilməsi barədə ittihamlarını qəti şəkildə rədd edib. 


Postxronika.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov 91 ədəd PUA-nın havada məhv edildiyini bildirsə də, Kiyev bu bəyanatı sülh danışıqlarını pozmaq cəhdi və "Rusiyanın növbəti yalanı" adlandırıb.



Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə telefon danışığı apararaq baş verənlərdən narahatlığını ifadə edib. Vaşinqton tərəfi hadisənin sübutlarını araşdırdığını bildirsə də, rəsmi Moskva bu insidentdən sonra danışıqlardakı mövqeyinə yenidən baxacağını elan edib. Hazırda tərəflər arasında təhlükəsizlik zəmanəti və ərazi bütövlüyü məsələləri ətrafında gərgin diplomatik müzakirələr davam edir.