Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Postxronika.az xəbər verir ki, dövlət başçıları müzakirə zamanı regional təhlükəsizlik məsələlərinə, xüsusilə İranla əldə olunmuş iki həftəlik atəşkəs razılaşmasına toxunublar. Liderlər gərginliyin azaldılması istiqamətində atılan bu addımın regionun sabitliyi üçün əhəmiyyətini vurğulayıblar. Məlumata görə, söhbət zamanı qarşıdakı sülh danışıqları və Hörmüz boğazındakı vəziyyətin normallaşdırılması perspektivləri də diqqət mərkəzində olub. Hər iki tərəf diplomatik həll yollarının dəstəklənməsinin vacibliyini qeyd edib. Bu təmas, Yaxın Şərqdəki böhranın həlli istiqamətində beynəlxalq koordinasiyanın gücləndirilməsi baxımından mühüm addım hesab olunur.