Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 9-da ölkəmizdə səfərdə olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə görüşüb.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Vilayət Eyvazov həmkarını yeni təyinatı münasibətilə təbrik edərək, iki ölkənin nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə xüsusilə Azərbaycan polisinin və Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsində Türkiyə Jandarm Qüvvələrinin rolu yüksək qiymətləndirilib.

Türkiyəli nazir Mustafa Çiftçi isə Bakının dünyanın ən təhlükəsiz şəhərlərindən biri olmasını məmnunluqla qeyd edib. O, mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin və təcrübə mübadiləsinin hər iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.