79-cu Kann Film Festivalının rəsmi proqramı açıqlanıb və builki tədbir fransız kinosunun simaları üçün xüsusilə əlamətdar olacaq. Léa Seydoux və Catherine Deneuve festival çərçivəsində bir neçə ekran əsərini təmsil edərək ikiqat məsuliyyət daşıyacaqlar. Tədbirin bədii rəhbəri Thierry Fremaux əsas müsabiqə və ''Un Certain Regard'' bölmələrinə daxil olan iddialı layihələri artıq ictimaiyyətə təqdim edib.


Postxronika.az xəbər verir ki, Catherine Deneuve iranlı rejissor Asghar Farhadinin ''Parallel Tales'' filmində və Marie Kreutzerin rejissorluq etdiyi ''Gentle Monster'' dramında rol alıb. Léa Seydoux isə həm ''Gentle Monster'', həm də Arthur Hararinin ''The Unknown'' adlı yeni layihəsində baş qəhrəman kimi çıxış edir. ''The Unknown'' filmini artıq ''Neon'' şirkəti Şimali Amerika yayımı üçün əvvəlcədən alıb. Builki müsabiqədə Isabelle Huppert və Vinsent Kassel kimi tanınmış sənətkarlar da ulduz heyətinə rəng qatır.


Bundan əlavə, Piter Cekson və Barbra Streisand dünya kinematoqrafiyasına verdiyi töhfələrə görə ''Honorary Palme d’Or'' mükafatına layiq görüləcəklər. Festivalın builki buraxılışı 12-23 may tarixlərində baş tutacaq və dünyanın diqqətini yenidən Fransanın sahil şəhərinə cəmləyəcək. Mötəbər film marafonunun əsas qalibləri festivalın sonunda bəlli olacaq.