Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə genişmiqyaslı mədəni qastrol proqramına start verilir.

Postxronika.az Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin əsas məqsədi bölgələrdə mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin geniş auditoriyaya çatdırılması və vahid mədəni məkanın möhkəmləndirilməsidir.

​Aprel ayı ərzində davam edəcək proqram Xırdalan, Lənkəran, Sumqayıt, Xızı, Mingəçevir və Zaqatala şəhərlərini əhatə edəcək. Konsert cədvəli aşağıdakı kimidir:

​11 aprel (15:00): Xırdalan, Abşeron rayon Mədəniyyət Mərkəzi – Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri.

​15 aprel (16:00): Lənkəran, Q.Vəliyev adına Mədəniyyət Mərkəzi – “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı.

​18 aprel (15:00): Sumqayıt, "Kimyaçı" Mədəniyyət Sarayı – Niyazi adına Dövlət Simfonik Orkestri.

​20 aprel (16:00): Lənkəran, Q.Vəliyev adına Mədəniyyət Mərkəzi – R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri.

​22 aprel (16:00): Xızı, Heydər Əliyev Mərkəzi – Azərbaycan Dövlət Simli Kvarteti.

​23 aprel (17:00): Mingəçevir, Heydər Əliyev Mərkəzi – Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri.

​27 aprel (16:00): Zaqatala, Mədəniyyət Mərkəzi – Bakı Dövlət Kamera Orkestri.

​29 aprel (18:00): Sumqayıt, "Kimyaçı" Mədəniyyət Sarayı – Dövlət Akademik Opera və Balet Teatrının kollektivi.

​Qeyd edək ki, bu proqram ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biri hesab olunur.