Kiprin “Afrodita” dəniz yatağından hasil ediləcək təbii qazın Misirə tədarükü üzrə tarixi müqavilə imzalanıb

Postxronika.az xəbər verir ki, Qahirədə bağlanan bu saziş 15 il müddətində qüvvədə olacaq və tərəflərin razılığı ilə daha 5 il uzadıla bilər. Sənədə əsasən yataqdan çıxarılacaq bütün qaz həcmləri Misirin dövlət şirkəti olan "EGAS" tərəfindən satın alınacaq

Bu strateji addım Misirin regional enerji qovşağına çevrilməsi planının tərkib hissəsidir. Layihədə dünya nəhəngləri olan Chevron və Shell şirkətləri də iştirak edir. Kipr qazının Misirə nəqli üçün xüsusi sualtı boru kəmərinin inşası və birgə müəssisənin yaradılması nəzərdə tutulur

Xatırladaq ki, ötən ay iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair çərçivə sazişi də imzalanmışdı. Yeni müqavilə isə Kipr qazının Avropa bazarlarına çıxarılması və regionun enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyır