Daxili İşlər Nazirliyinin (DİN) məlumatları əsasında aprelin 9-da ölkə ərazisində asayişin qorunması istiqamətində həyata keçirilən əməliyyatların nəticələri açıqlanıb.

Postxronika.az xəbər verir ki, polis əməkdaşları tərəfindən sutka ərzində qeydə alınan 56 cinayətin, həmçinin ötən dövrlərdən bağlı qalan daha 9 hadisənin üstü açılıb. Axtarışda olan cəmi 131 nəfər, o cümlədən 94 borclu şəxs saxlanılaraq müvafiq orqanlara təhvil verilib.

Qanunsuz dövriyyədən narkotik vasitələrin çıxarılması ilə bağlı 37, silah-sursatın aşkarlanması üzrə isə 6 fakt qeydə alınıb. Müxtəlif qanunazidd əməllər törətməkdə şübhəli bilinən 72 nəfər tutularaq istintaqa cəlb edilib. Hazırda faktlar üzrə araşdırmalar davam etdirilir.