Müdafiə Nazirliyinin rəhbər heyəti "N" nömrəli hərbi hissədə təşkil olunan döyüş atışlı taktiki təlimlərin gedişatı ilə tanış olub.

Postxronika.az xəbər verir ki, nazir general-polkovnik Zakir Həsənova təlimin mərhələləri və icra ardıcıllığı barədə xəritə üzərində ətraflı məruzə edilib. Müasir döyüş metodları əsasında keçirilən hazırlıq prosesində komandirlərin çevik qərar qəbuletmə bacarıqlarının və bölmələrarası uzlaşmanın artırılması diqqət mərkəzində saxlanılıb.

Yeni əməliyyat konsepsiyasına uyğun reallaşan tədbirdə şəxsi heyətin həm nəzəri, həm də praktiki vərdişlərinin təkmilləşdirilməsi əsas hədəf kimi müəyyən olunub. Nazirliyin rəhbərliyi hərbi qulluqçuların nümayiş etdirdiyi peşəkarlığı və bölmələrin taktiki fəaliyyətini yüksək qiymətləndirib. Ordumuzun döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən bu fəaliyyətlər şəxsi heyətin təcrübəsinin artırılmasına xidmət edir.