Bakıda Azərbaycan və Gürcüstan arasında beynəlxalq avtomobil əlaqələrinə dair Qarışıq Komissiyanın növbəti iclası keçirilib.
Postxronika.az xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində mövcud vəziyyət və gələcək inkişaf imkanları geniş müzakirə olunub. Tərəflər cari il üçün əlavə olaraq 12 500 ədəd müxtəlif təyinatlı icazə blankının mübadiləsi barədə razılığa gəliblər.
Artan yük dövriyyəsi nəzərə alınaraq, 2027-ci il üçün ilkin illik kvotaların əhəmiyyətli dərəcədə yüksəldilməsi qərara alınıb. Həmçinin, rəqəmsallaşma çərçivəsində mayın 1-dən etibarən icazə blanklarının elektronlaşdırılması məqsədilə birgə texniki işçi qrupu fəaliyyətə başlayacaq. Yekunda müzakirə edilən məsələləri özündə əks etdirən müvafiq protokol imzalanıb.