İntensiv yağışların fəsadlar törətdiyi Bibiheybət yolunda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə genişmiqyaslı bərpa prosesinə başlanılıb. 

Postxronika.az xəbər verir ki, ərazidə əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı addımlar atılır. Hazırda müvafiq tikinti norma və qaydalarına uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilir.

Yolun dayanıqlılığını artırmaq üçün bünövrə bərkidildikdən sonra həmin hissəyə yeni asfalt örtüyünün döşənməsi nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə bənzər problemlərin yaşanmaması üçün səth sularının ərazidən kənarlaşdırılmasını təmin edən drenaj sistemi qurulur. Təmir işlərinin operativ şəkildə tamamlanaraq sürücülərin istifadəsinə verilməsi planlaşdırılır.