David Frankelin rejissorluğu ilə ərsəyə gətirilən "The Devil Wears Prada" filminin davamı yay kino mövsümünün açılışını edəcək. Proqnozlara görə, ekran əsəri mayın 1-3-də baş tutacaq debüt həftəsonunda təxminən 66 milyon dollar gəlir əldə edə bilər. Adətən superqəhrəman filmləri ilə başlayan yay mövsümü bu il fərqlilik həvəskarlarının böyük marağı ilə start götürəcək.


Postxronika.az xəbər verir ki, "Disney" və "20th Century" şirkətlərinin hazırladığı bu layihə orijinal filmin uğurunu təkrarlamaq niyyətindədir. Meril Strip və Enn Heteueyin baş rollarda çəkildiyi 2006-cı il istehsalı olan ilk hissə qlobal miqyasda 327 milyon dollar qazanıb. Eyni zamanda aprelin 24-də nümayiş olunacaq Maykl Cekson haqqında "Michael" biopik filminin də 60 milyon dollarlıq açılış edəcəyi gözlənilir.


Yeni hekayədə qəhrəmanların 20 illik karyera yoluna və müasir media dünyasındakı dəyişikliklərə toxunulacaq. Emili Blant və Stenli Tuççi kimi ulduzların da geri döndüyü ekran işi həm nostalji hissləri canlandıracaq, həm də gənc nəsilləri kinoteatrlara cəlb edəcək. Marvel layihələrindəki yubanmalar fonunda "Disney" yay mövsümü üçün məhz moda dünyasından bəhs edən bu komediyanı əsas strateji hədəf seçib.