Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqvim planına əsasən aprel ayının 14-15-i aralığında konkur üzrə “Bahar”Kuboku turniri keçiriləcək.
Posxronika.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klublarını, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq. İdmançılar 3 kateqoriyada: hündürlüyü 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar. Turnirin yekununa görə hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.