ABŞ Prezidenti Donald Tramp İran ətrafında hökm sürən gərginlik fonunda ölkəsinin hərbi hazırlığının yüksək səviyyədə olduğunu bəyan edib.

Postxronika.az "The New York Post" qəzetinə istinadən xəbər verir ki, ABŞ lideri danışıqların uğursuz olacağı təqdirdə hərbi güc tətbiq etməyi istisna etmir.

​Trampın sözlərinə görə, ABŞ hərbi donanması hazırda dünyada mövcud olan ən müasir və güclü silahlarla təchiz olunub. "Biz gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla yükləyirik. Əgər razılaşma baş tutmasa, biz bu silahlardan çox səmərəli şəkildə istifadə edəcəyik", - deyə Prezident vurğulayıb.

​Qeyd edək ki, fevralın 28-dən bəri bölgədə davam edən hərbi toqquşmalar və gərginlik ciddi fəsadlara yol açıb. İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin ölümü ilə nəticələnən hərbi əməliyyatlardan sonra Tehran hökuməti İsrail, ABŞ və müttəfiq ölkələrin bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə qarşı cavab zərbələri endirib. Aprelin 8-də tərəflər arasında ikihəftəlik atəşkəs elan edilsə də, vəziyyət hələ də kritik olaraq qalır.

​Trampın bildirdiyinə görə, danışıqların gələcək taleyi yaxın 24 saat ərzində tam aydınlaşacaq. Xatırladaq ki, ABŞ və İran nümayəndələrinin həlledici danışıqlarının bu gün, aprelin 11-də Pakistanda keçirilməsi nəzərdə tutulur.