Ermənistanın baş naziri Nikol Paşinyanın kortejində hərəkət edən polis avtobusu ağır yol-nəqliyyat hadisəsi törədib. 

Postxronika.az xəbər verir ki, Ermənistanın  Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. "Hyundai" markalı xidməti avtobusla "Nissan" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həyatını itirib.
Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan 12 nəfər dərhal xəstəxanaya yerləşdirilib. Rəsmi qurumlar faktla bağlı cinayət işinin açıldığını və təhqiqatın davam etdiyini bildirirlər. Hadisənin başvermə səbəbləri müvafiq ekspertizalar tərəfindən araşdırılır.