İran tərəfi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməsi ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi ölkənin təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən yayımlayıb.Mənbənin bildirdiyinə görə, aprelin 8-də tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasından bəri bölgədə heç bir koordinasiyasız hərəkət qeydə alınmayıb. Lakin daha əvvəl Qərb mediasında ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları başlayandan bəri ilk dəfə bir neçə gəminin boğazı razılaşmasız keçdiyi barədə iddialar yer almışdı.
Xatırladaq ki, hazırda tərəflər hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi və strateji dəniz yollarına nəzarət ətrafında danışıqlar aparır. Rəsmi Tehran Hörmüz boğazı üzərində faktiki nəzarət hüququnu tələb etdiyi halda, Vaşinqton ərazinin beynəlxalq gəmiçilik üçün tam açıq qalmasında israr edir.