Aprelin 13-ü və 15-də Aktau şəhərində yerli yığma ilə qarşılaşacaq Azərbaycanın futzal millisi bu gecə yola düşür. 

Postxronika.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç heyətə 2 qapıçı və 14 oyunçu olmaqla, ümumilikdə 16 idmançı daxil edib. Tbilisi səfərindən sonra əvvəlcədən planlaşdırıldığı kimi, qapıçı Rövşən Hüseynli ailə vəziyyəti səbəbindən Cavad Məmmədovla əvəzlənib.

Komandanın əsas nüvəsini "Baku Fire", "Neftçi" İK və "Araz-Naxçıvan" klublarının təmsilçiləri təşkil edir. "BS Arena"da keçiriləcək yoldaşlıq görüşləri yığmamızın hazırlıq səviyyəsini yoxlamaq üçün mühüm əhəmiyyət kəsb edir. Heyətdə həm təcrübəli simalar, həm də gənc istedadlar yer alıb.