İsrail ordusunun son saatlarda Livanın cənub bölgələrinə təşkil etdiyi intensiv hava hücumları nəticəsində 24 nəfər həlak olub. 

Postxronika.az xəbər verir ki, bu barədə "Al Jazeera" Livanın rəsmi mənbələrinə istinadən məlumat yayıb. Ölüm halları əsasən Maarub, Qana və Tefaxta yaşayış məntəqələrində qeydə alınıb.

Bombardmanlar nəticəsində Tefaxta şəhərində azı 13, digər bölgələrdə isə ümumilikdə 11 mülki şəxs həyatını itirib. Agentliyin məlumatına görə, Əl-Bazuriye, Kafra və Haris kimi bir neçə strateji nöqtəyə də silsilə aviazərbələr endirilib. Hazırda Livanın cənubunda gərginlik pik həddədir və dağıntılar altında qalanların olması istisna edilmir. Bölgədəki hərbi aktivlik geniş miqyas almağa davam edir.