Təmir-bərpa işləri ilə əlaqədar Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Postxronika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən verilən rəsmi məlumata əsasən xəbər verir ki, qadağa 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq.
Bildirilib ki, göstərilən müddət ərzində sürücülər alternativ yol kimi köhnə Salyan şossesindən istifadə edə bilərlər.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.