Paytaxtda nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturunun yenilənməsi prosesi davam edir. 

Postxronika.az xəbər verir ki, ümumi hərəkətə maneə yaratmamaq üçün bərpa işləri əsasən istirahət günlərində və gecə saatlarında icra olunub.
Növbəti mərhələdə Heydər Əliyev prospektindən Babək prospektinə keçid edən körpüdə və Ziya Bünyadov prospektində yol yatağı yenilənib. Proses iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-dək olan zaman kəsiyini əhatə edib. Görülən tədbirlər nəticəsində sürücülərə minimum narahatlıq yaradılmaqla həmin ərazilərdə gediş-gəliş tam bərpa edilib. Hazırda şəhərin digər hissələrində də bu istiqamətdə planlı fəaliyyətlər həyata keçirilir.