“ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü və Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "Könüllülər Yurdu – Azərbaycan" layihəsi uğurla başa çatıb.
Postxronika.az xəbər verir ki, bağlanış mərasimində rəsmi şəxslər ölkədə könüllülük hərəkatının genişlənməsinin və gənclərin fərdi inkişafının vacibliyini xüsusi vurğulayıblar.
Tədbir zamanı fəaliyyət dövrünü əks etdirən hesabat videosu nümayiş etdirilib və fəal iştirakçılar mükafatlandırılıblar. Təşəbbüsün ana qayəsini gənclərin hüquqi savadlılığının artırılması, qanunvericilik sisteminin mexanizmləri barədə biliklərin aşılanması təşkil edib. Proqram ölkənin 10 müxtəlif şəhər və regionunda ümumilikdə 600-ə yaxın gənci bir araya gətirib. Belə layihələr region gənclərinin asudə vaxtının səmərəli idarə olunmasına və intellektual potensialının üzə çıxarılmasına xidmət edir.