​"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq 18 və 19 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Postxronika.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

​Sərnişinlər sözügedən reyslərə biletləri 10 faiz endirimlə əldə edə bilərlər. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə almaq mümkündür.

​Qeyd edək ki, qeyd olunan istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik qatar səfərləri təşkil olunur.