Türkiyənin Ərzincan vilayətində 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Postxronika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 19:15-də Kemah rayonu ərazisində baş verib.
Qeyd edilib ki, zəlzələ ocağı yerin 7,12 kilometr dərinliyində yerləşib.