İslamabad görüşü ABŞ və İranın maksimalist tələbləri səbəbindən nəticəsiz yekunlaşsa da tərəflər üçün növbəti mərhələyə keçid imkanı yaratdı. Aprelin 8-də əldə olunan 14 günlük atəşkəsin artıq 5 günü geridə qalıb və dünya növbəti 9 gündə nələrin baş verəcəyinə fokuslanıb. Hazırda tərəflər arasında sərt ritorika yumşaq yanaşma ilə əvəz olunub və hər iki tərəf savaşı bitirməyin daha sərfəli olduğunu anlayaraq ortaq məxrəc tapmağa çalışır. "Nə şiş yansın, nə kabab" prinsipi ilə həm İranın, həm də ABŞ-nin daxili auditoriya qarşısında məğlub görünməməsi üçün ehtiyat planlar dövriyyədədir. Region hazırda böyük bir gərginlikdən çıxma mərhələsində olsa da qarşıdakı 9 gün proseslərin sonrakı axarını və yeni razılıqların ehtimalını müəyyən edəcək.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı Postxronika.az-a açıqlamasında bildirib ki, “İslamabad görüşündən sonra Amerika, İsrail və İran arasındakı savaşdan sonrakı yeni bir mərhələnin başladığını deyə bilərik.
Bu gün artıq əldə olunan aprelin 8-də əldə olunan 14 günlük savaşın 5 günü geridə qalmaqdadır. Qarşıdakı 9 günə dünya fokuslanacaq ki, bu 9 gündən sonra nələr baş verə bilər.Hesab edirəm ki, bu savaşın fonunda 9 gün kifayət qədər az zaman kimi görünsə də, əslində qalsa böyük zamandır. Bu müddət ərzində çox şeylər dəyişə bilər, hətta yeni bir məkanda növbəti bir, yəni görüş başlaya bilər, növbəti bir raunda şahidlik edə bilərik.Amma hesab edirəm ki, indiki durumda hələ ki tərəflərin bir-birinə qarşı əvvəlki sərt ritorikası müşahidə olunmur. Nə qədər də İslamabad görüşü gərginliklərlə, yəni tarixə keçsə də, dünya mediasında onun gərgin, yəni kadrları, yəni dialoqu dərc olunsa da, tirajlansa da, amma görüşdən sonra keçən bir gün ərzində sanki yeni bir sərt ritorikadan yumşaq ritorikaya keçildiyinin şahidi olmaqdayıq.Düşünürəm ki, tərəflər kifayət qədər zaman qazana biliblər. Bu müddət ərzində növbəti savaşın baş verməməsi üçün ortaq kompromisə, yəni gəlməyə çalışacaqlar. Çünki bu gün hər iki tərəfə savaşı bitirmək sərf edir. İran əgər Hörmüz boğazı ilə bağlı, yəni hədəfini gerçəkləşdirə bilərsə, yəni məğlub qismində görünməyəcək. Əksi baş verərsə, İran, məsələn, Hörmüz boğazını açmağın müqabilində rüsumlarla Amerikanın, yəni keçidinə, yəni icazə verəcəksə, bu da İranın məğlubiyyəti sayılmayacaq.Bir sözlə, ortaq bir xətt tapılmalıdır. Tapılacağı ehtimalları da kifayət qədər böyük görünür. "Nə şiş yansın, nə kabab" məsələsi – nə İranın, nə də Amerikanın məğlub olmaması görüntüsünün yaradılması üçün tərəflər müəyyən qədər danışıqlara gedəcəklər. Təbii ki, belə müharibələrdə tərəflərin hər birinin B planı olur. Çünki bir plandan ibarət savaşa girməzlər, bu dövlətçiliyin də sonuna gətirib çıxara bilər. Onun üçün də B planı təbii ki var. Hər iki tərəfin açıqlamaları da bunu göstərir ki, hələ ki onlar məğlub görkəmdə görünmək fikrində deyillər.Hesab edirəm ki, region artıq böyük bir gərginlikdən çıxdı, böyük bir gərginliyi arxada qoyma mərhələsindədir. Amma 9 gündən sonra yeni bir mərhələyə daxil olacaqmı, indidən bu barədə danışmaq tezdir. Yenə dediyim kimi, 5 gün ərzində əldə olunan 14 günlük atəşkəsdən keçən 5 gün ərzində kifayət qədər proseslərin necə sürətlə getdiyinin şahidi olduq. Qarşıdakı 9 gün ərzində də bu proseslər sürətlənərsə, daha yeni-yeni razılıqların əldə olunacağının, yeni-yeni proseslərin cərəyan etdiyinin şahidi ola bilərik. Onun üçün də indidən danışmaq tezdir."