İtaliyanın Bolonya şəhərində start götürən nüfuzlu Beynəlxalq Uşaq Kitab Sərgisində ölkəmiz geniş tərkibli milli stendlə təmsil olunur. Mədəniyyət Nazirliyi və İtaliyadakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə qurulan guşədə yerli nəşriyyatların uşaqlar üçün hazırladığı 200-dən çox adda kitab ziyarətçilərə təqdim edilir.

Postxronika.az xəbər verir ki, sərgi çərçivəsində nümayəndə heyətimiz bir çox xarici ölkələrin naşirləri və illüstratorları ilə işgüzar müzakirələr aparır. Həmçinin Hans Kristian Andersen Mükafatı Münsiflər Heyətinin prezidenti Şirin Kreidieh ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi gerçəkləşdirilib. 16 aprelədək davam edəcək tədbirdə Azərbaycan müəlliflərinin əsərlərinin təqdimatları və beynəlxalq tərəfdaşlarla görüşlər planlaşdırılır.