Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində təmir işləri aparılarkən qəfil partlayış qeydə alınıb.
Postxronika.az xəbər verir ki, 34 yaşlı usta Ömər Məhərrəmli kondisioner mühərrikinə qaz vuran zaman baş verən partlayışın təsirindən 15-ci mərtəbədən yerə yıxılıb. Ağır xəsarətlər alan gənc hadisə yerində dünyasını dəyişib.
Hadisə vaxtı eyvanda olan daha bir nəfərin xəsarət aldığı bildirilir. Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.