Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli aprelin 24-də Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.
Postxronika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki,vətəndaşlar 15-17 aprel tarixlərində Agentliyə info@aayda.gov.az rəsmi şəkildə elektron ünvanı və ya poçt vasitəsilə mürciət edərək, həmçinin (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.