Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək. Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb.
Postxronika.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki,7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd svetofor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır.