Uzun fasilədən sonra Bakı və İrəvan arasında birbaşa mal dövriyyəsinin rəsmi statistikası açıqlanıb.
Postxronika.az xəbər verir ki, cari ilin mart ayında Azərbaycan ilk dəfə Ermənistandan 960 ABŞ dolları dəyərində məhsul idxal edib. Eyni zamanda, ilin birinci rübündə ölkəmiz qarşı tərəfə 5 milyon 757 min dollar həcmində mal ixrac edib. Bu göstəricilər ticarət dövriyyəsində ixracın idxalı kəskin üstələdiyini və ciddi müsbət saldonun yarandığını nümayiş etdirir. Simvolik idxal rəqəmlərinə baxmayaraq, tərəflər arasında iqtisadi təmasların rəsmiləşməsi regionun yeni iqtisadi mənzərəsinin tərkib hissəsi kimi qiymətləndirilir.