Mədəniyyət Nazirliyi və "Ədibin Evi" 14-17 yaşlı yeniyetmələr arasında yeni dövrün qəhrəmanını vizuallaşdıracaq "Mənim qəhrəmanım" komiks kitabı müsabiqəsinə start verir. 

Postxronika.az xəbər verir ki, iştirakçılar fərdi və ya komanda şəklində 8-20 səhifəlik orijinal qrafik hekayələrini 1 sentyabradək təşkilatçılara təqdim etməlidirlər. "Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyası çərçivəsində reallaşan bu layihə gənclərin bədii təfəkkürünü və vizual savadlılığını inkişaf etdirməyi hədəfləyir.

Müsabiqə şərtlərinə görə, təqdim olunan işlər Azərbaycan dilində olmalı və animasiya potensialı daşımalıdır. Müəlliflər həm tarixi şəxsiyyətləri, həm də xəyali və ya fantastik personajları yaradıcı şəkildə canlandırmaq imkanı qazanırlar. Qalibləri qiymətli mükafatlarla yanaşı, ən yaxşı hekayənin qısa animasiya filminə çevrilməsi şansı gözləyir.