Azərbaycan Ordusunun maddi-texniki potensialının artırılması və hərbi obyektlərin yenidən qurulması istiqamətində kompleks tədbirlər uğurla icra olunur.
Postxronika.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi işğaldan qurtarılmış torpaqlarda yeni inşa edilən təlim mərkəzləri və əsaslı təmir olunan hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub. Nazir, general-polkovnik Zakir Həsənova şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və xidməti fəaliyyətin yüksək səviyyədə təşkili üçün yaradılan imkanlar barədə məruzə edilib. Müasir standartlara uyğun tikilən bu müəssisələrdə hərbi qulluqçuların döyüş hazırlığının artırılması əsas hədəf kimi götürülüb. Nazirliyin rəsmiləri işlərin müəyyən olunmuş qrafikə uyğun və keyfiyyətlə yekunlaşdırılması üçün tapşırıqlar veriblər. Həyata keçirilən bu layihələr regionda təhlükəsizliyin etibarlı təminatına və ordumuzun qüdrətinin daha da möhkəmlənməsinə xidmət edir.