Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuela Bolivar Respublikasının xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.
Postxronika.az xəbər verir ki bu barədə məlumatı Hikmət Hacıyev sosial media hesabında paylaşıb.Keçirilən görüş zamanı Azərbaycan və Venesuela arasındakı mövcud münasibətlərin hazırkı vəziyyəti ətraflı nəzərdən keçirilib, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi və yeni müstəviyə daşınması imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin maraqlarına uyğun olan sahələrdə tərəfdaşlıq potensialının artırılmasının vacibliyini vurğulayıblar. Müzakirələr çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunulub, gələcək birgə fəaliyyətin perspektivləri ətrafında konstruktiv dialoq baş tutub.