Azərbaycanın rəhbərliyi ilə keçirilən BMT ASİSK-in 82-ci sessiyasının iştirakçılarına ünvanlanan müraciətdə ölkəmizin regional bağlantılar və iqtisadi tərəqqidəki rolu yüksək qiymətləndirilib.
Postxronika.az President.az-a istinadən xəbər verir ki, müraciətdə Bakının multilateralizmin gücləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə sadiqliyi ifadə olunub.
Mətndə Cənubi Qafqazda yaranan yeni reallıqlar, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla başlayan sülh gündəliyi diqqət mərkəzinə çəkilib. Bildirilib ki, Vaşinqton Zirvəsindən sonra tərəflər arasında ticarət münasibətlərinin qurulması və tranzit çıxışlarının təmin edilməsi istiqamətində tarixi addımlar atılıb.
Bundan başqa, işğaldan azad edilən yurdlarımızda həyata keçirilən "Böyük Qayıdış" proqramı və mina təhlükəsinə qarşı beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb. Müraciətin sonunda Zəngəzur dəhlizinin Asiya və Avropa arasında strateji əhəmiyyəti qeyd edilərək, iştirakçılar ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna dəvət olunublar.