Polşada təşkil olunan şahmat üzrə fərdi Avropa çempionatının təntənəli bağlanış mərasimi baş tutub.
Postxronika.az xəbər verir ki, qitə birinciliyində müvafiq olaraq ikinci və üçüncü yerləri qazanan təmsilçilərimiz Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medallar, həmçinin xüsusi kuboklar təqdim edilib.
Yarışın nəticələrinə əsasən, mükafatçılarla yanaşı, dördüncü pillədə qərarlaşan Məhəmməd Muradlı da növbəti il keçiriləcək Dünya Kubokunda iştirak hüququ əldə edib. Zəka sahiblərimizin bu uğuru Azərbaycan şahmat məktəbinin növbəti beynəlxalq nailiyyəti kimi qiymətləndirilir. Beləliklə, ölkəmiz mötəbər turniri üç vəsiqə və iki medalla başa vurub. Tədbir qaliblərin mükafatlandırılması və xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.