“ASAN müraciət” informasiya sisteminə üzv olan təşkilatların siyahısına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də daxil edilib.

Postxronika.az xəbər verir ki, bu yeni qoşulma ilə platformada təmsil olunan dövlət strukturlarının sayı 100-ə yüksəlmişdir.
Bundan sonra vətəndaşlar açıq məkanlardakı qanunsuz reklamlar, qəzalı vəziyyətdə olan daşıyıcılar və estetik normaların pozulması ilə bağlı şikayətlərini birbaşa sistem üzərindən ünvanlaya biləcəklər. Həmçinin reklamların dil və məzmun keyfiyyəti, səs-küy yaxud işıq çirkliliyi kimi amillər də müraciət obyektinə çevrilib.
Bu mühüm addım şəhər ekosisteminin daha nizamlı və təhlükəsiz formaya salınması məqsədinə xidmət edir. Operativ həll üçün ictimai əhəmiyyətli problemləri qeyd olunan rəqəmsal resurs vasitəsilə və ya 9108 Çağrı Mərkəzinə zəng etməklə bildirmək mümkündür.