İran Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə neft tankeri Hörmüz boğazını keçərək ölkənin ərazi sularına daxil olub.
Postxronika.az xəbər verir ki, Ərəbistan dənizini uğurla geridə qoyan gəmi artıq bir neçə saatdır İslam Respublikasının cənub limanlarından birində lövbər salıb.
Ordunun mətbuat xidməti gəminin tam təhlükəsiz şəraitdə mənzil başına çatdığını bildirib. Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı aprelin 13-dən etibarən İran limanlarına hərəkət edən bütün gəmilər üçün dəniz blokadası elan etmişdi.
Bu hadisə Vaşinqton və Tehran arasında elan olunan müvəqqəti atəşkəs fonunda blokadanın ilk ciddi şəkildə yarılması kimi qiymətləndirilir. Hazırda bölgədə gərginlik davam edir və tərəflər hərbi dəniz yollarındakı vəziyyəti diqqətdə saxlayırlar.