Xarkov vilayətinin Kovşarovka yaşayış məntəqəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə əcnəbi muzdlulardan ibarət şturm qrupu arasında silahlı toqquşma baş verib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Andrey Maroçko TASS agentliyinə açıqlamasında bildirib. Məlumata görə, cəbhə xəttindən geri çəkilməyə çalışan xarici könüllülər Ukrayna daxili mühafizə dəstələri tərəfindən intensiv atəşə tutulub.
Hadisə nəticəsində rəsmi ordu tərkibinə daxil olmayan xüsusi təyinatlı muzdlu dəstənin üzvləri məhv edilib. Rusiya hərbçiləri tərəfindən qeydə alınan bu insident, qarşı tərəfin daxilində nizam-intizamın qorunması məqsədilə radikal addımların atıldığını göstərir. Hazırda bölgədə gərginliyin davam etdiyi bildirilir.