Elektron Təhlükəsizlik Xidmətinin təşəbbüsü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 23 aprel tarixində "Kibertəhlükəsizliyin əsasları: Təhdid, Müdafiə və Karyera" mövzusunda görüş keçirilib. 

Postxronika.az xəbər verir ki, tədbirdə iştirakçılara rəqəmsal təhdidlərin növləri, fərdi mühafizə üsulları və bu sahədəki iş perspektivləri barədə geniş məlumat verilib.

Gənclər interaktiv müzakirələr zamanı mütəxəssislərə suallar ünvanlayaraq praktiki biliklərə yiyələnmək imkanı qazanıblar. Görüşün əsas qayəsi qızların texnologiya sahəsinə marağını artırmaq və onları kibertəhlükəsizlik istiqamətində peşəkar fəaliyyətə təşviq etməkdir. Bu formatda təşkil olunan proqramlar gənc xanımların informasiya texnologiyaları sektorunda daha fəal təmsil olunmasına xidmət edir. Sonda mütəxəssislər müasir dövrün rəqəmsal çağırışları fonunda kibermüdafiə bacarıqlarının əhəmiyyətini xüsusi vurğulayıblar.