Vətən müharibəsindən sonra tətbiq edilən effektiv bərpa üsulları nəticəsində əlillik vəziyyətini geridə qoyan iştirakçıların sayı 276-ya çatıb. 

Postxronika.az xəbər verir ki, bu barədə Respublika Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə keçirilən görüşdə məlumat verilib.

Agentlik rəsmiləri bildirib ki, səmərəli tibbi-sosial tədbirlər vətəndaşların səhhətində müsbət dönüş yaradaraq onların əvvəlki sağlamlığını bərpa etməsinə imkan verir. Eyni zamanda, postmüharibə dövründə 30 minə yaxın şəxsin məşğulluğu təmin edilib, onlardan 13,5 min nəfəri üçün kiçik ailə təsərrüfatları qurulub. Tədbirdə qazilərin əmək bazarına çıxışı və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları dövlət tərəfindən göstərilən diqqət və reabilitasiya xidmətlərindən məmnunluqlarını ifadə ediblər.