Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi Nyu-York şəhər rəsmisi Zohran Kvame Mamdaninin "X" platformasında paylaşdığı qərəzli fikirlərə cavab olaraq açıq məktub ünvanlayıb.

Postxronika.az xəbər verir ki, müraciətdə siyasətçinin uydurma iddialara və revanşist qüvvələrin gündəliyinə xidmət edən çıxışları qətiyyətlə pislənilib. Vətəndaş cəmiyyəti təmsilçiləri bu addımın 2025-ci ildə ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş sülh tendensiyasına zidd olduğunu vurğulayıblar.

Məktubda erməni lobbisinin təsiri altında səsləndirilən birtərəfli bəyanatların Cənubi Qafqazdakı real vəziyyəti əks etdirmədiyi diqqətə çatdırılıb. Müəlliflər amerikalı rəsmiyə Xocalı soyqırımı, işğal dövründəki urbisid və mina təhlükəsi kimi faktları xatırladaraq onu ədalətli mövqe nümayiş etdirməyə çağırıblar. Sonda Nyu-Yorkda Xocalı qurbanlarının xatirəsinə memorial ucaldılması təklif edilib və hadisələrin gedişatının nəzarətdə saxlanılacağı qeyd olunub.