Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aprelin 26-da piyada əleyhinə mina partlayışı baş verib. 

Postxronika.az xəbər verir ki, hadisə barədə DİN, Baş Prokurorluq və ANAMA birgə məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, 1967-ci il təvəllüdlü Xocalı sakini Vüqar Əhmədov keçmiş təmas xəttində təmizlənməmiş zonada ehtiyatsızlıqdan partlayışın qurbanı olub. Hadisə nəticəsində sol ayağından zədə alan zərərçəkmişə dərhal tibbi yardım göstərilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma işləri davam etdirilir. Aidiyyəti qurumlar vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa və ehtiyatlı davranmağa çağırır.