Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq miqyasda sülh və barışıq proseslərinə verdiyi töhfələrə görə "Sülh və Barışıq üçün Gernika mükafatı" ilə təltif edilib.
Postxronika.az xəbər verir ki, Türkiyənin "Haber Global" telekanalı bu əlamətdar hadisə ilə bağlı geniş videomaterial hazırlayıb.
Süjetdə dövlət başçısı Cənubi Qafqazda sülhün memarı adlandırılaraq, onun bölgədə sabitliyin təmin olunması istiqamətindəki təşəbbüslərinin İspaniyada da yüksək qiymətləndirildiyi bildirilib.
Azərbaycan Prezidenti mükafatın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətində bu təltifin əhəmiyyətini belə ifadə edib: "Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel - Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır".