Braziliyanın Fos-du-İquasu şəhərində təşkil olunan boks üzrə Dünya kubokunda Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
Postxronika.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Səidcəmşid Cəfərov finalda yerli idmançı Tauan Silvanı 5:0 hesabı ilə üstələyərək qızıl medala sahib çıxıb. Qələbə sayəsində ölkəmizin dövlət himnini Braziliyada səsləndirən boksçumuzun ardınca, daha iki həmyerlimiz — Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) çempionluq üçün rinqə çıxacaqlar. Turnirin əvvəlki günlərində isə boksçu Nəbi İsgəndərov (70 kq) yarışı bürünc mükafatla başa vurub. Milli komandamızın üzvləri beynəlxalq arenada yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edirlər. Hazırda idmansevərlərin diqqəti gecə saatlarında keçiriləcək növbəti həlledici qarşılaşmalara yönəlib.